Mundiallar tarixinin ən yaşlı braziliyalı futbolçusu, məğlubiyyətsizlik seriyasının sonu
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının G qrupunun sonuncu turunda Kamerun millisi Braziliya yığmasını 1:0 hesabı ilə məğlub edib. Ancaq bu qələbə komandanın mərhələ adlaması üçün yetərli olmayıb. Braziliya seçməsi isə 6 xalla qrup lideri kimi səkkizdəbir finala vəsiqə qazanıb.

Bu oyunda meydana çıxan Dani Alves Braziliya futbolunun tarixinə düşüb. Belə ki, o, mundiallar tarixində çıxış edən ən yaşlı braziliyalı adına sahib olub. Kamerun ilə matça müdafiəçi 39 yaş, 6 ay, 27 günlüyündə çıxıb. 2006-cı ildə Braziliya millisində debüt edən D.Alves 124 oyunda 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliya millisinin dünya çempionatlarının qrup mərhələsindəki məğlubiyyətsizlik seriyası qırılıb. Qətərdə qrup mərhələsi çərçivəsində Serbiyanı 2:0, İsveçrəni 1:0 hesabı ilə məğlub edən Braziliya millisi sonuncu dəfə 1998-ci il dünya çempionatının qrup mərhələsində Norveçə 1:2 hesabı ilə uduzmuşdu.

Kamerun–Braziliya oyunundan maraqlı görüntüləri təqdim edir. Fotolar “Çempionat” saytının fotomüxbirinə məxsusdur.

Xəbər 213 dəfə oxundu.