Qana – Uruqvay: Start heyətlər açıqlanıb
Qətərdə keçirilən dünya çempionatının H qrupunun üçüncü turunda üz-üzə gələcək futbol üzrə Qana və Uruqvay milli komandalarının start heyətləri açıqlanıb.

Qana millisinin start heyətində Laurens Atiziqi, Salis Abdulsamed, Daniel Amarte, Andre Ayu, Cordan Ayu, Baba Rahman, Mohammed Kudus, Tomas Parte, Mohammed Salisu, Seidu Alidu və İnaki Uillyams yer alıblar.

Uruqvay yığmasının start heyətində isə meydana Serxio Roçet, Rodriqo Bentankur, Sebastyan Koates, Corcian de Arraskaeta, Xose Mariya Ximenes, Gilyermo Varela, Darvin Nunyes, Matias Oliveyra, Fakundo Pellistri, Luis Suares və Federiko Valverde çıxacaqlar.

“Əl Canub” stadionunda keçiriləcək Qana - Uruqvay matçı almaniyalı hakim Daniel Zibert idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Portuqaliya millisi 6 xalla qrupun lideridir. Qana 3 xalla ikinci, hesabında 1 xal olan Koreya Respublikası və Uruqvay üçüncü-dördüncü pillədə qərarlaşıblar.

Xəbər 184 dəfə oxundu.