AFFA-30: Yubileyə həsr olunmuş yoldaşlıq oyunu
Dekabrın 6-da “Dalğa Arena”da Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təsis olunmasının 30 illiyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.

Oyunda AFFA-nın, Peşəkar Futbol Liqasının əməkdaşlarından və Azərbaycan milli komandalarının məşqçilərindən ibarət komanda ilə Premyer Liqada çıxış edən klubların nümayəndələrindən və çalışdırıcılarından təşkil olunmuş kollektiv qarşılaşacaq.

Oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 232 dəfə oxundu.