Azərbaycan Premyer Liqası: Əzəli rəqiblər üz-üzə
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.

ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turnir cədvəlinin lideri “Qarabağ” səfərdə əzəli rəqibi “Neftçi” ilə üz-üzə gələcək. Azərbaycan derbisini Elçin Məsiyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Bu turun “Qəbələ” – “Səbail” və “Sabah” – “Şamaxı” oyunları dekabrın 3-də, “Kəpəz” – “Sumqayıt” və “Zirə”– “Turan Tovuz” görüşləri isə ertəsi gün keçiriləcək.

Xəbər 228 dəfə oxundu.