Dortmund «Borussiya»sının sirri açıldı
Bundesliqada son 2 ildir çempionluq yaşayan Dortmund «Borussiya»sı mart ayından bu yana istifadə etdiyi yeni məşq sistemini ilk dəfə mətbuata tanıtdı. «Footbonaut» adı verilən sistem, futbolçuların texniki imkanlarını yüksəltmə məqsədi daşıyır.

İdman.com.az saytının məlumatına görə, küpə şəklindəki Footbonaut futbolçuya müxtəlif sürətlərdə toplar göndərir. Footbonautun tam ortasında olan oyunçu özünə avtomatik olaraq atılan topları ən doğru yerə göndərməyə çalışır.

«Footbonaut», futbolçuların vuruşlarında nə qədər müvəffəqiyyətli olduqlarını bir kompüter qrafiki halında da məşqçilərə göstərir. Sistemin təqdimatında iştirak edən gənc oyunçu Mustafa Amini, «Footbonaut»un texnikalarının inkişafı üçün əhəmiyyətli olduğunu söylədi. Aminiyə görə, futbolçular ən yüksək dəqiqliklə topu doğru nöqtəyə göndərmək üçün bir-biriləriylə yarışarkən əyləncəli saatlar da keçirirlər.

Klub rəsmilərindən Sven Mislintat, «Footbonaut»un oyunçuların texniki inkişafına böyük təsiri olduğunu vurğulayıb. Dortmund klubu sistemin xərci mövzusunda isə hər hansı bir şərh verməyib.

Xəbər 1641 dəfə oxundu.