Antirekordla gələn qələbə, Rodridən dəqiq ötürmələr
Futbol üzrə Yaponiya millisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında mərhələni antirekordla adlayıb.

Komanda turnirin E qrupunun üçüncü turunda İspaniya millisi ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Asiya təmsilçisi matçda 18 faiz topa sahib olub. Bu turnirlər ərzində qalib gələn komanda üçün antirekord hesab olunur.

İspaniyalı futbolçu Rodri həmin qarşılaşmada çempionatlar tarixinin rekorduna imza atıb. İyirmi altı yaşlı yarımmüdafiəçinin görüşdəki 215 ötürməsinin 204-ü dəqiq alınıb.

Yaponiya millisi pley-offda Xorvatiya, İspaniya seçməsi isə Mərakeşlə qarşılaşacaq. Birinci oyun dekabrın 5-də, digər oyun isə ertəsi gün keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Fotolar “Çempionat” saytının fotomüxbirinə məxsusdur.

Xəbər 182 dəfə oxundu.