Kanada və Mərakeş milli komandalarının start heyətləri bəlli olub
Futbol üzrə Kanada və Mərakeş milli komandalarının start heyətləri açıqlanıb.

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda üz-üzə gələcək komandaların oyununda Kanadanın start heyətində Milan Boryan, Stiven Vitoriya, Alister Conston, Kamal Miller, Sem Adekuqbe, Junior Hoylett, Mark Kaye, Conatan Osorio, Tedjon Byukenen, Alfonso Deyvis və Kayl Larin yer alıblar.

Mərakeş yığmasının heyətində meydana Yassin Bunu, Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui, Sofyan Amrabat, Abdelhamid Sabiri, Azeddin Unai, Sofyan Bufal, Yussuf En-Nesiri və Hakim Ziyeş çıxacaqlar.

“Al-Tumama” stadionunda keçiriləcək matçı braziliyalı hakim Rafael Klaus idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər 186 dəfə oxundu.