Palasionu Bakıya gəlməyəcək
“İnter”in baş məşqçisi komandasının hücumçusu Rodriqo Palasionu Bakıya “Neftçi” ilə oyuna gətirməmək qərarı verib. İdman.com.az saytının məlumatına görə, Andrea Stramoççini bildirib ki, Argentina millisinin də hücumçusu olan Palasionun zədəsi hələ indi-indi sağalır.

“O, bazar ertəsindən etibarən məşqlərə qoşulacaq. Amma hələ ki, “Neftçi” ilə oyuna hazır olmadığı üçün bizimlə getməyəcək” – deyə “İnter”in baş məşqçisi bildirib.
Qeyd edək ki, oktyabrın 4-də “Neftçi” ilə oyunda “İnter”in daha bir aparıcı futbolçusu olan hollandiyalı Uesli Sneyder də zədəsi səbəbindən çıxış etməyəcək.

Xəbər 849 dəfə oxundu.