MMA döyüşçümüz Röyal Leylizadə “Octagon” liqasında kəmər uğrunda görüşə çıxacaq
Azərbaycanın MMA döyüşçüsü Röyal Leylizadə “Octagon” liqasında ikinci görüşünə çıxacaq.

Dekabrın 21-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşdə təmsilçimiz yerli idmançı Damie Tolenov ilə qarşılaşacaq. Liqa çərçivəsində 57 kiloqram çəki dərəcəsində təşkil olunacaq görüş kəmər uğrunda olacaq.

İlk görüşdə R.Leylizadə digər qazaxıstanlı idmançı Aktore Batırbekə qalib gəlib.

Xəbər 252 dəfə oxundu.