Xorvatiya-Belçika: Start heyətləri açıqlanıb
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının F qrupunda üçüncü tur çərçivəsində üz-üzə gələcək Xorvatiya və Belçika milli komandalarının start heyətləri açıqlanıb.

Xorvatiya millisinin start heyətində Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, İvan Perişiç, Marko Livaya və Andrey Kramariç yer alıblar.

Belçika yığmasının heyətində isə meydana Tibo Kurtua, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Aksel Vitsel, Leander Dendonker, Yannik Karrasko, Kevin De Brüyne, Leandro Trossard, Dris Mertens və Toma Mönye çıxacaqlar.

Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyun “Əhməd ibn Əli” stadionunda keçiriləcək və matçı İngiltərədən olan hakim Entoni Teylor idarə edəcək.

Xəbər 219 dəfə oxundu.