Şəki və Mingəçevir gimnastları ölkə birinciliyinə Bakıda hazırlaşırlar
Şəki Olimpiya İdman Kompleksinin və Mingəçevirdəki “Qədiroğlu” idman klubunun bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışında iştirak etmək üçün paytaxtımıza gəliblər.

Dekabrın 3-dək davam edəcək məşqlərə ümumilikdə hər iki komandadan 15 idmançı qatılıb.

Məşqlərin təşkili idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsi, eləcə də dekabrın 8-11-də Şəkidə Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar çərçivəsində təşkil ediləcək bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır.

Şəki Olimpiya İdman Kompleksində 2021-ci, “Qədiroğlu” idman klubunda isə 2019-cu ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.

Bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirak edirlər.

Xəbər 208 dəfə oxundu.