Amin Seyidov “Sabah”ın tarixində mütləq rekordçu olub
Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub. “Sabah” klubu bu turda səfərdə “Turan Tovuz”la qarşılaşıb. Matç Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Tovuz şəhər stadionunda oynanılan görüş müdafiəçi Amin Seydiyev üçün əlamətdar olub.

“Sabah”ın heyətində 68-ci oyununu keçirən müdafiəçi bu göstərici ilə klubun tarixində mütləq rekordçu olub. Bundan əvvəl futbolçu “Sabah”ın sabiq qolkiperi Saşa Stamenkoviç (67) ilə şərikli lider idi.

Qeyd edək ki, A.Seydiyev “Sabah”ın heyətində yüksək liqada 64, ölkə kuboku yarışında isə 4 matç keçirib.

Xəbər 176 dəfə oxundu.