Meksika yığması - ağlayan azarkeşlər və qələbənin acı nəticəsi
Noyabrın 30-da Qətərdə keçirilən futbol üzrə dünya çempionatının C qrupunun üçüncü turunda Meksika millisi Səudiyyə Ərəbistanı yığmasını 2:1 hesabı ilə məğlub edib. Bu qələbə baş məşqçi Xerardo Martinonun komandasının mərhələ adlaması üçün kifayət etməyib. Eyni xala malik Polşa millisi (4 xal) əlavə göstəricilərə görə, qrup ikincisi kimi pley-off mərhələsinə yüksəlib.

Xəbər 172 dəfə oxundu.