“Şamaxı” klubu Antalyada Qazaxıstanın “Kaysar” komandası ilə qarşılaşacaq
“Şamaxı” futbol klubunun qış hazırlıq proqramı məlum olub.

Premyer Liqa təmsilçisi təlim-məşq toplanışına gələn il yanvarın 3-də start verəcək.

Komanda hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Antalyaya yollanacaq. Yanvarın 19-dək Antalyada qalacaq “Şamaxı” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. İlk görüşün ayın 11-də Qazaxıstan yüksək liqa təmsilçisi “Kaysar”la keçirilməsi razılaşdırılıb.

Digər 3 matçın keçirilmə tarixi və rəqiblər hələ bəlli deyil.

Xəbər 259 dəfə oxundu.