Messi mundiallarda oyun sayına görə Maradonanı qabaqlayıb
Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında meydana çıxdığı oyunların sayına görə həmyerlisi Dieqo Maradonanı qabaqlayıb.

Qətərdə keçirilən mundialda Polşa millisinə qarşı C qrupunun üçüncü tur oyunu hücumçu üçün 22-ci olub. Maradonada isə bu göstərici 21-dir.

Hazırda oyunda ikinci hissə davam edir və Argentina millisi 2:0 hesabı ilə öndədir.

Xəbər 168 dəfə oxundu.