“Əl-Nəsr” klubu Ronaldoya 200 milyon avroluq müqavilə təklif edib
Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçə bilər.

Bu barədə insayder Fabrizio Romano sosial şəbəkədə məlumat verib.

Portuqaliyalı futbolçu artıq “Əl-Nəsr”dən rəsmi təklif alıb. Komanda futbolçuya 2025-ci ilədək mövsümə 200 milyon avro məbləğində müqavilə təklif edir. Amma bu pulun böyük hissəsi sponsorluq müqavilələridir. Ona görə də oyunçunun imic hüquqlarının müzakirə oluna biləcəyi hələ məlum deyil.

Xatırladaq ki, Ronaldonun keçmiş komandası “Mançester Yunayted” jurnalist Piers Morqanla qalmaqallı müsahibəsindən sonra hücumçu baş məşqçi Erik ten Haq və klubun təşkilatçılığı ilə bağlı tənqidi fikirlər səsləndirdikdən sonra müqaviləsinə xitam verilmişdi.

Xəbər 247 dəfə oxundu.