İngiltərə yığması 16 ildən sonra mundialın qrup mərhələsini lider kimi başa vurub
Futbol üzrə İngiltərə yığması 16 ildən sonra dünya çempionatının qrup mərhələsini lider kimi bitirib.

Sonuncu dəfə İngiltərə millisi bunu 2006-cı ildə bacarıb. Milli komanda həmin vaxt dörddəbir finalda Portuqaliya seçməsinə məğlub olaraq, mübarizəni dayandırmışdılar.

Qeyd edək ki, İngiltərə yığması “Qətər-2022”nin pley-off mərhələsində Seneqalla qarşılaşacaq. Oyun dekabrın 4-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 202 dəfə oxundu.