“Neftçi”dən 200-cü məhsuldar oyun
“Neftçi” klubu Azərbaycan Premyer Liqasının XV turunda “Səbail”lə qarşılaşıb. “Neftçi” ev oyununda 3:1 hesablı qələbə qazanıb.

Bu, paytaxt təmsilçisinin ölkə çempionatlarında 3 və ya daha çox qol vurduğu 200-cü matç olub. “Neftçi” bu yubileyə 868-ci qarşılaşmasında çatıb. Bakı təmsilçisi ən azı 3 qol vurulan matçların sayında mütləq rekordçudur.

Qeyd edək ki, paytaxt təmsilçisi bu 200 oyundan 109-da üçdən çox, 91-də üç top vurmağı bacarıb.

Xəbər 177 dəfə oxundu.