Mundialda zədələnən ABŞ futbolçusu Kristian Pulişiçin durumuna aydınlıq gəlib
Futbol üzrə dünya çempionatının üçüncü turunda İran millisi ilə oyunda zədələnən ABŞ yığmasının üzvü Kristian Pulişiçin durumuna aydınlıq gəlib.

“Çelsi”nin yarımmüdafiəçiyə çanaq sümüyünün əzilməsi diaqnozu qoyulub.

Futbolçunun dekabrın 3-də Niderland millisi ilə keçiriləcək səkkizdəbir final oyununu buraxacağı gözlənilir.

Qeyd edək ki, qələbə qolunu vuran futbolçu həmin epizodda rəqib qapıçı ilə toqquşub. O, görüşdən dərhal sonra xəstəxanaya aparılıb.


Xəbər 215 dəfə oxundu.