“Tornado-Ş” mühafizə şirkəti “V1 Challenge” Bakı Kubokunun mühafizə işini yüksək səviyyədə təmin etdi
Dövlət Bayrağı Meydanında keçirilən avtomobil yarışlarından biri – “V1 Challenge” Bakı Kuboku turniri 5 gün ərzində davam edib. Tədbirin mühafizə işini təmin edən “Tornado-Ş” şirkəti təhlükəsizliyi yüksək səviyyədə həyata keçirməklə bu sahədə peşəkarlığını növbəti dəfə nümayiş etdirib.

Noyabrın 27-də son turnir və drift-şou keçirilib. İlk dəfə keçirilən “V1 Challenge” Bakı Kuboku Azərbaycan Avtomobil Federasiyasının və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə baş tutub.

Avtoidman tədbirində “Volkicar”ların yarışı və drift avtomobillərin nümayişi təşkil edilib. Yerli pilotlar “Volkicar”larda manevrlərlə birincilik uğrunda mübarizə aparıb. Yarış meydançasında 12 pilot məharətlərini sərgiləyiblər.

5 gün ərzində davam edən tədbirdə “Tornado-Ş” mühafizə şirkəti təhlükəsizliyin qorunmasına tam şəkildə nəzarət edib. Tədbir zamanı ərazidə 11 mühafizə postu qurularaq, həm tribunalarda, həm də yarış meydançasında mühafizə işi yüksək səviyyədə təmin edilib.

Qeyd edək ki, “Tornado-Ş” mühafizə şirkəti kütləvi tədbirlər zamanı təhlükəsizlik işinin peşəkar səviyyədə təşkil olunmasında liderliyi hələ də öz əlində saxlayır.

Xəbər 236 dəfə oxundu.