Beynəlxalq dərəcəli hakim Fuad Ağayev yeni təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz bu gün İzmirdə keçiriləcək kişi voleybolçular arasında CEV kuboku yarışının səkkizdəbir final mərhələsinin matçını idarə edəcək.

F.Ağayev “Arkas İzmir” (Türkiyə) - “Valsa Group Modena” (İtaliya) oyununda ikinci hakim olacaq. Matçın birinci hakimi isə serbiyalı Tomislav Popoviçdir.

Xəbər 195 dəfə oxundu.