"Malatyaspor" 4 mövsüm transfer etməkdən məhrum edilib
FİFA "Malatyaspor"u cəzalandırıb. İdman.com.az saytının xəbərinə görə, ali Futbol qurumu Türkiyə klubunun 4 mövsüm transfer etməkdən məhrum edib. Bir vaxtlar Superliqanın iddialı klublarından olan "Malatyasplor"un cəza almasının səbəbi isə Jiri Masek adlı legionerdi.

Hazırda həvəskar dəstədə mübarizə aparan komanda çex futbolçunun transfer etdikdən sonra onun maaşını ödəməyib. O pulunu tələb etsə də, malatyalılar buna məhəl qoymayıb.

Nəticədə Masek klubdan FİFA-ya şikayət edib. Məsələ ilə bağlı klub prezidenti Bülent Kapkıner münasibət bildirib: "FİFA-nın bir komandanı bu cür cəzalandırması düz deyil. Bu Masekin işi deyil, bizimlə prinsip aparanlar var. Amma bizim üçün fərqi yoxdu. Heyətimiz yetərincə genişdi, transferə ehtiyacımız yoxdu".

Prezident sonda Masekə 59 min avro borclu olduqlarını, lakin maddi böhranda olduqlarından bunu heç vaxt ödəməyəcəklərini bildirib.

Xəbər 1237 dəfə oxundu.