Bu gün mundialın qrup mərhələsində üçüncü turun növbəti oyunları keçiriləcək
Qətərdə futbol üzrə dünya çempionatının qrup mərhələsində üçüncü turun növbəti oyunları keçiriləcək.

Oyun günündə C və D qruplarında mübarizəyə yekun vurulacaq.

C qrupu çərçivəsində Polşa - Argentina və Səudiyyə Ərəbistanı oyunları keçiriləcək. “Stadium 974”də oynanılacaq Polşa - Argentina matçını niderlandlı hakim Danni Desmond Makkeli idarə edəcək. "Lusail" stadionunda keçiriləcək digər matç isə Maykl Oliverə (İngiltərə) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hesabında 4 xal olan Polşa millisi qrupa liderlik edir. Argentina və Səudiyyə Ərəbistanı milliləri 3 xalla ikinci-üçüncü pillədə yer alıblar. Meksikanın isə aktivində 1 xal var.

D qrupu çərçivəsində isə Avstraliya-Danimarka və Tunis-Fransa matçları oynanılacaq. Hər iki oyuna saat 19:00-da start veriləcək. “Əl Canub” stadionunda keçiriləcək Avstraliya-Danimarka matçı əlcəzairli hakim Mustafa Qorbal idarə edəcək. “Edukeyşn Siti” stadionunda təşkil olunacaq digər oyun isə ABŞ-dan olan hakim Mettyu Konqerə tapşırılıb.

Fransa millisi 6 xalla pley-off mərhələsinə vəsiqəni təmin edib. Avstraliya 3 xalla ikinci, Danimarka və Tunis isə 1 xalla üçüncü-dördüncü yerdədirlər.

Qeyd edək ki, Fransa, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə və ABŞ səkkizdəbir final mərhələsinə yüksəliblər.

Xəbər 183 dəfə oxundu.