Kevin Medina Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib
Azərbaycan Premyer Liqasının XV turu “Qarabağ”ın futbolçusu Kevin Medina üçün əlamətdar olub. Kolumbiyalı müdafiəçi Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.

Onun yubileyi “Zirə” ilə ev görüşünə təsadüf edib. Medina qolsuz heç-heçə ilə başa çatan qarşılaşmaya start heyətində çıxıb.

Kevin bu matçların hamısını eyni komandada keçirib. Müdafiəçi bu müddətdə 1 qola imza atıb.

Premyer Liqada 2020/2021-ci il mövsümündə debüt edən Medina həmin çempionatda 20, ötən mövsüm 23 qarşılaşmada (1 qol) şans qazanıb. Cənubi amerikalı cari çempionatda 7 oyun keçirib.


Xəbər 153 dəfə oxundu.