“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Tərtərdə icra olunub
AFFA-nın, Tərtər Rayon İcra Hakimiyyətinin və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, deputat Sabir Hacıyev iştirak ediblər.

Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbliyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Bu layihə Prezident İlham Əliyevin 2019-cu ildə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Xəbər 290 dəfə oxundu.