ABŞ yığması İran komandasına qalib gələrək səkkizdəbir finala çıxıb
Qətərdə keçirilən dünya çempionatının B qrupunun üçüncü turunda İran və ABŞ yığmaları qarşılaşıblar.

ABŞ komandası rəqibini 1:0 hesabı ilə məğlub edib. Matçın yeganə qolunu ABŞ yığmasından 38-ci dəqiqədə Kristian Pulişiç vurub.

Bu nəticə ilə xallarının sayını 5-ə çatdıran ABŞ millisi qrupda ikinci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanıb. Səkkizdəbir finalda onun rəqibi A qrupunun birincisi Niderland yığması olacaq.

Xəbər 182 dəfə oxundu.