İngiltərə yığması Uels komandasını darmadağın edib
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İngiltərə Uels komandasını böyük hesabla məğlub edib.

Matçın ilk iki qolu iki dəqiqə ərzində vurulub. Belə ki, İngiltərə komandasından Markus Reşford 50-ci, Fil Foden isə 52-ci dəqiqədə fərqləniblər. Komandanın üçüncü, özünün isə ikinci qolunu Markus Reşford matçın 68-ci dəqiqəsində rəqib qapısından keçirib.

Yekun nəticəyə görə 7 xal toplayan İngiltərə komandası səkkizdəbir finala vəsiqə qazanıb. Növbəti mərhələdə yığmanın rəqibi A qrupunda ikinci yeri tutan Seneqal millisi olacaq.

Xəbər 176 dəfə oxundu.