Futbol üzrə Azərbaycan Premyer Liqası: “Sumqayıt”-“Qəbələ” matçında qalib müəyyənləşməyib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tur başa çatıb.

Günün ikinci matçı “Kapitan Bank Arena”da “Sumqayıt” “Qəbələ” komandaları arasında keçirilib. Görüş heç-heçə başa çatıb (1:1). Belə ki, oyunun 74-cü dəqiqəsində “Qəbələ”dən İsnik Alimi fərqlənərək komandasını önə çıxarıb. Beş dəqiqədən sonra rəqib komandadan Todor Todoroski hesabı bərabərləşdirib.

Yekun nəticəyə görə, aktivində 21 xal olan “Qəbələ” komandası beşinci, 6 xala malik olan “Sumqayıt” isə 10-cu – sonuncu pillədədir.

Bildirək ki, günün ilk matçında “Sabah” “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib.

Xəbər 277 dəfə oxundu.