“Zirə” klubu “Şamaxı”nın futbolçusu ilə müqavilə imzalayıb
Bakının “Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

Bakı təmsilçisi Pərviz Azadovu heyətinə qatıb.

İyirmi iki yaşlı yarımmüdafiəçi ilə 2,5+1 illik müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, müqavilə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, P.Azadov daha əvvəl “Şamaxı”nın şərəfini qoruyub.

Xəbər 155 dəfə oxundu.