MMA döyüşçümüz Gündüz Nəbiyev “Octagon” liqasında növbəti qələbəsini qazanıb
Qazaxıstanın Almatı şəhərində Asiyanın ən nüfuzlu “TOP-2” MMA liqası olan “Octagon”da Azərbaycan təmsilçisi Gündüz Nəbiyev növbəti görüşünü keçirib.

G.Nəbiyev Qırğızıstan idmançısı Rəsul Kumbetbəkoğluna birinci raundda texniki nokautla qalib gəlib.

Bu, təmsilçimizin “Octagon” liqasında ikinci döyüşü və qələbəsi olub. G.Nəbiyev növbəti döyüşünü liqanın kəməri uğrunda keçirəcək.

Xəbər 289 dəfə oxundu.