Şahmatçımız Şəhriyar Məmmədyarov “Tata Steel Chess India Rapid 2022” turnirində mübarizə aparacaq
Bu gün Hindistanın Kəlküttə şəhərində “Tata Steel Chess India Rapid 2022” şahmat superturniri start götürür.

Yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək. Hər gün 3 tur keçiriləcək. Bu gün Ş.Məmmədyarov hindistanlı şahmatçılar Dommaraju Qukeş, Sethuraman Panayappan Sethuraman, ABŞ şahmatçısı Uesli So ilə görüşəcək.

Turnir dekabrın 12-dək davam edəcək.

Xəbər 307 dəfə oxundu.