Minifutbol üzrə Azərbaycan çempionatında birinci tura yekun vurulub
Minifutbol üzrə Azərbaycan çempionatında ilk turun oyunları keçirilib.

17 komandanın mübarizə apardığı çempionatda 8 qarşılaşma olub.

İlk turdan sonra daha yaxşı top fərqinə sahib olan son çempion “Birbaşa Bakı” komandası ilk pillədə qərarlaşıb. İkinci yerdə “Veteran”, üçüncü pillədə isə “Bakı” komandası qərarlaşıb.

Xatırladaq ki, ölkə çempionatında növbəti tura dekabrın 3-də start veriləcək.

Xəbər 183 dəfə oxundu.