Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.

Günün ilk matçında “Turan Tovuz” klubu “Sabah”ı qəbul edəcək. Bakı təmsilçisi 35 xalla turnir cədvəlində ikinci, Tovuz klubu 16 xalla 6-cı sırada qərarlaşıb.

Tura “Sumqayıt”-“Qəbələ” görüşü ilə vurulacaq. Meydan sahibləri 5 xalla sonuncu - 10-cu, “Qəbələ” 20 xalla beşinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” “Səbail”i 3:1 hesabı ilə üstələyib, “Kəpəz” “Şamaxı” ilə heç-heçə edib - 1:1, “Qarabağ” isə “Zirə”nin müqavimətini qıra bilməyib - 0:0.

Xəbər 182 dəfə oxundu.