Şahmatçılarımız İspaniyada keçiriləcək açıq turnirdə iştirak edəcəklər
Noyabrın 30-da İspaniyada şahmat üzrə açıq turnir start götürəcək.

Yarışın güclü A turnirində Azərbaycanı Eltac Səfərli və Read Səmədov təmsil edəcəklər. Təmsilçimiz E.Səfərli turnir çərçivəsində təşkil ediləcək blits yarışında da qüvvəsini sınayacaq.

Yarışda 65-i qrosmeyster olmaqla, 184 şahmatçı iştirak edəcək.

Xəbər 246 dəfə oxundu.