Braziliya millisi Fransa yığmasının rekordunu təkrarlayıb
Futbol üzrə dünya çempionatının ikinci turunda İsveçrəyə qalib gələn (1:0) Braziliya millisi pley-off mərhələsinə vəsiqəni təmin edib. Komanda ilk iki oyunda rəqiblərə qapısına bir zərbə belə vurmağa imkan verməyib.

Bunadək yalnız Fransa millisi 1998-ci ildə keçirilən mundialda bunu bacarıb.

Qeyd edək ki, Braziliya millisi ilk turda Serbiyaya 2:0 hesabı ilə qalib gəlib.

Xəbər 246 dəfə oxundu.