“Azərreyl” klubu bu gün Çağırış kuboku yarışında mübarizəyə başlayacaq
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış kuboku yarışında mübarizəyə başlayacaq.

Komanda 1/32 finalın ilk oyununda Slovakiyanın “Slaviya” komandası ilə üz-üzə gələcək.

Dərnəgül Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək. Cavab görüşü noyabrın 30-da eyni arenada keçiriləcək.

Xəbər 220 dəfə oxundu.