Futbol üzrə dünya çempionatında 1/8-ə yüksələn üç milli bəlli olub
Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunlarından sonra 1/8 final mərhələsinin 3 iştirakçısı bəlli olub.

D qrupundan Fransa, G qrupundan Braziliya, H qrupundan isə Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.

Qeyd edək ki, digər 13 millinin adına 3-cü turun yekununda aydınlıq gələcək.

Xəbər 235 dəfə oxundu.