Dünya çempionatı 2022: Portuqaliya millisi pley-offa vəsiqəni təmin edib
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunun son oyunu keçirilib.

Günün son-dördüncü qarşılaşması H qrupunda Portuqaliya və Uruqvay milliləri arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən matçın birinci hissəsində qapılara qol vurulmayıb. İkinci hissəyə fəal başlayan Portuqaliya yığması 54-cü dəqiqədə istəyinə çatıb. Brunu Fernandeş Uruqvayı məyus edib-1:0. 90+3 dəqiqədə dublunu rəsimləşdirən Brunu Fernandeş son nöqtəni qoyub.

Qalib gələn Portuqaliya iki oyuna 6 xal toplayaraq pley-offa vəsiqəni təmin edib. Uruqvay isə H qrupunda bir xalla dördüncü yerdədir. İki oyundan sonra Qana 3 xalla ikinci, bir xal toplayan Cənubi Koreya isə top hesabına görə üçüncü pillədə qərarlaşıb.

Xəbər 250 dəfə oxundu.