“Qətər-2022”: Kamerun – Serbiya oyununda qalib müəyyənləşməyib
Qətərdə keçirilən futbol üzrə dünya çempionatı davam edir.

Mundialın G qrupunun ikinci turu çərçivəsində Kamerun və Serbiya milli komandaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda 3:3 hesablı heç-heçə qeydə alınıb. Kamerun yığmasının heyətində Erik Maksim Şupo-Motinq, Vensan Abubakar, Jan-Şarl Kastelletto fərqləniblər. Rəqib komandanın qollarını isə Aleksandar Mitroviç, Sergey Milinkoviç-Saviç və Straxinya Pavloviç vurublar.

G qrupunun digər qarşılaşması Braziliya yığması ilə İsveçrə seçməsi arasında olacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oyun günündə H qrupunda Cənubi Koreya Qana ilə görüşəcək (saat 17:00), Portuqaliya isə Uruqvayı (saat 23:00) sınağa çəkəcək.

G qrupunda Braziliya və İsveçrə hərəyə 3 xal qazanıblar, Kamerun və Serbiya yığmalarının isə 1 xalı var.

Növbəti – üçüncü turda Serbiya millisi İsveçrə, Kameruna isə Braziliya ilə qarşılaşacaq. Hər iki dekabrın 2-də keçiriləcək.

Xəbər 198 dəfə oxundu.