"Gənc Reportyorlar Proqramı" çərşivəsində "Bakı"da görüş
Beynəlxalq İdman Jurnalistələri Assosiasiyasının (AİPS) “Gənc Reportyorlar Proqramı” çərşivəsində paytaxtımızda treninqləri və görüşləri davam edir. Bu gün AİPS-in tanınmış futbol yazarı Kir Reydnicin rəhbərliyi etdiyi qrup "Bakı" futbol klubunun təlim-məşq bazasında oldular.

İdman.com.az saytının məlumatına görə, qonaqları "Bakı" futbol klubunun icraçı direktoru Yaşar Seyidov və "Toplu Bakı" jurnalının baş redaktoru Nail Əliyev qarşıladılar. Bazanı gəzin-dolaşan jurnaıistlər klubumuzun futbol akademiyası, klub muzeyi və futbol meydanları ilə tanış oldular.

Bundan sonra təşkil olunan toplantıda çıxış edən klub nümayəndələri və qonaq jurnalistlər "Bakı" futbol klubunun bu idman növünün inkişafı naminə atılan addımlar barədə danışdıar. Bazada aparılan inftastruktur çalışmalarını yüksək qiymətləndirən Kir Reydnic Nail Əliyevə assossiasiyanın döş nişanını təqdim etdi.

Yaşar Seyidov qonaqlara prezident İlham Əliyevə həsr etdiyi müəllif kitabını bağışladı. Xarici jurnalistlərə "Bakı" futbol klubunun simvolikaları hədiyyə olundu.

Xəbər 1124 dəfə oxundu.