Azərbaycan Premyer Liqası: “Neftçi” klubu “Səbail”ə qalib gəlib
Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.

ilk oyun günündə bir qarşılaşma oynanılıb.

“Bakcell Arena”da "Neftçi" klubu “Səbail”i qəbul edib. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda “Neftçi” rəqibini 3:1 hesabı ilə məğlub edib. “Neftçi”nin heyətində Emin Mahmudov het-trik edib. Yarımmüdafiəçi qollardan ikisini penaltidən vurub. Oyunda digər qolun müəllifi Rafael Məhərrəmli olub.

Hesabında xalların sayını 32-yə çatdıran “Neftçi” üçüncü pillədəki mövqeyini möhkəmləndirib. “Səbail” 10 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" matçları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da oynanılacaq.

Xəbər 202 dəfə oxundu.