Bakıda keçirilən bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışı sona yaxınlaşır
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə birinci “Ocaq” beynəlxalq kuboku yarışı sona yaxınlaşır.

Turnirin sonuncu günündə 2010-cu il təvəllüdlü gimnastlar alətlərlə güclərini nümayiş etdirirlər.

Gün ərzində gənclər yaş kateqoriyasında olan gimnastlar gürzlər və lentlə öz aralarında güclünü müəyyənləşdirəcəklər.

Turnir 2010-2011-ci, 2012-2014-cü və 2015-2016-cı il təvəllüdlü qrup hərəkətləri komandalarının mübarizəsi ilə yekunlaşacaq.

Qeyd edək ki, birinci “Ocaq” beynəlxalq kuboku yarışında 13 ölkədən 2007-2016-cı il təvəllüdlü 317 gimnast həm fərdi, həm də qrup hərəkətlərində güclərini sınayırlar. Yarışda ölkəmizi 200 gimnast təmsil edir.

Xəbər 257 dəfə oxundu.