“Neftçi”-“Səbail” matçı ilə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV tura start veriləcək.

ilk oyun günü bir qarşılaşma baş tutacaq.

Turnir cədvəlində 29 xalla üçüncü pillədə qərarlaşan “Neftçi” 10 xalla yeddinci sırada olan “Səbail”i qəbul edəcək.

“Bakcell Arena”da keçiriləcək matçı baş hakim Fərid Hacıyev idarə edəcək.

Qeyd edək ki, XV turun “Şamaxı”–“Kəpəz” və “Qarabağ”–“Zirə” matçları noyabrın 28-də, “Turan Tovuz”–“Sabah”, “Sumqayıt”–“Qəbələ” görüşləri isə noyabrın 29-da oynanılacaq.

Xəbər 250 dəfə oxundu.