İsveçrədə Beynəlxalq Qılıncoynatma Federasiyasının 100-cü Konqresi keçirilib
İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasını Konqresdə baş katib Vasif Məmmədov təmsil edib.

Konqres çərçivəsində cari mövsüm 2 dünya kubokunun və 1 Qran-Prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, dünya çempionatının finalçısı olan Anna Baştaya qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim olunub.

Qeyd edək ki, daha öncə bu titula Yelena Jemayeva layiq görülüb.

Xəbər 288 dəfə oxundu.