On doqquz yaşadək futzalçılardan ibarət olan Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
On doqquz yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunacaq Avropa çempionatının əsas mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı beşinci qrupun oyunları Bosniya və Herseqovinada keçiriləcək.

Komandamız növbəti mərhələyə yüksəlmək üçün meydan sahibləri ilə yanaşı, Fransa və Yunanıstandan olan həmyaşıdları ilə mübarizə aparacaq.

Bu mərhələnin oyunları gələn il martın 21-dən 26-dək təşkil olunacaq. Yalnız qrup qalibləri final mərhələsinə yüksələcək.

Final mərhələsi isə gələn ilin sentyabrında Xorvatiyada olacaq.

Xəbər 167 dəfə oxundu.