Zidanın Materassiyə vurduğu kəllə əbədiləşdi
Parisdə Pompidu mərkəzinin qarşısında məşhur fransalı ulduz Zinəddin Zidanın abidəsi ucaldılıb. İdman.com.az saytı xəbər verir ki, Ancaq Zidan bu abidədə tək əks olunmayıb. Onun qarşısında italiyalı müdafiəçi Marko Materassi də var.

5 metrlik abidədə Fransa yığmasının yarımmüdafiəçisinin 2006-cı il dünya çempionatında İtaliyaya qarşı oyunda rəqib müdafiəçinin sinəsinə başla vurduğu zərbə təsvir olunub. Zidan həmin zərbəni 6 il öncə rəqibinin təhrikçi sözləri qarşısında əsəbilərini cilovlaya bilməyərkən endirmişdi.

Xəbər 948 dəfə oxundu.