Səudiyyə Ərəbistanının hökuməti İngiltərənin iki məşhur futbol klubunu alacaq iş adamlarını dəstəkləyəcək
Səudiyyə Ərəbistanının idman naziri şahzadə Əbdüləziz bin Turki Əl-Feysəl jurnalistlərə müsahibəsində Krallığın hökumətinin İngiltərə Premyer Liqasının “Mançester Yunayted” və “Liverpul” klublarını almaq istəyən iş adamlarına dəstək verəcəyini bildirib.

“Mançester Yunayted”in sahibi olan Qleyzer ailəsi “strateji alternativlər” olduğu səbəbindən bu klubu satmağı düşünür. Səudiyyəli nazir bununla bağlı deyib: “İngiltərə Premyer Liqasının oyunları Səudiyyə Ərəbistanında və Yaxın Şərq regionunda ən çox maraq göstərilən matçlardır. Hər hansı bir özəl sektor sözügedən klubları almaq üçün müraciət edərsə, biz onu mütləq dəstəkləyəcəyik, çünki bunun Krallıq daxilində idmana müsbət təsir edəcəyini bilirik. Eyni zamanda, danışıqlar zamanı qiymətlərin artması da potensial investorları narahat etməməlidir”.

Qeyd edək ki, Premyer Liqanın daha bir klubu olan “Newcastle United” 2021-ci ilin oktyabrında Krallığın İctimai İnvestisiya Fonduna daxil olan bir konsorsium tərəfindən satın alınıb və hazırda Səudiyyə Ərəbistanının iş adamlarına məxsusdur.

Xəbər 171 dəfə oxundu.