DÇ-2022: İngiltərə - ABŞ oyununda hesab açılmayıb
Komandaların qol vurmaq üçün bir neçə imkanı olsa da, qarşılaşmada hesab açılmayıb.

Beləliklə, ilk 2 turdan sonra britaniyalılar 4 xalla qrupa başçılıq edir. 3 xalı olan İran yığması ikincidir. ABŞ 2 xalla 3-cü, Uels isə 1 xalla sonuncudur.

Qeyd edək ki, B qrupunda son turun görüşləri noyabrın 29-da olacaq.

İngiltərə Uelslə, ABŞ isə İranla üz-üzə gələcək.

Xəbər 177 dəfə oxundu.