100 minlik pivə
Zaqreb «Dinamo»sunun müdafiəçisi Domaqoy Vida bəşəriyyət tarixində ən bahalı pivəni içib. İdman.com.az saytının məlumatına görə, bir fincan pivə ona 100 min avroya başa gəlib. Klubu onu pivə içdiyinə görə bu məbləğdə cərimə edib.

Domaqoyun yanğısı o dərəcədə tutub ki, klub avtobusu ilə Xorvatiya kubokundakı oyuna gedərkən pivə içmək istəyib.
Onun cəriməsi əlavə şərhsiz olaraq, sadəcə «qeyri-idman davranışı» adı altında həyata keçirilib.

Klubun bəyanatında deyilir: «Xəbər veririk ki, oyunçu Domaqoy Vida 2012-ci il sentyabrın 24-də klub Xorvatiya kuboku uğrunda yarışda «Vrsar» - «Dinamo» matçına yollanarkən qeyri-idman davranışına görə cərimə olunub».

Ümumilikdə, bu, Zaqreb «Dinamo»sunda futbolçuların davranışına görə böyük məbləğdə cəzalandırıldığı ilk hal deyil. Bu ilin avqustunda komandanın braziliyalı legioneri Sammir Çempionlar Liqasında Tiraspol «Şerif»inə qarşı oyun ərəfəsində Zaqrebdə gecə klubuna getdiyinə görə 270 min avro cərimələnmişdi.

Xəbər 991 dəfə oxundu.