Xüsusi olimpiyaçılar “Avropa basketbol həftəsi” turnirində iştirak ediblər
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində oğlanlar arasında ənənəvi “Avropa basketbol həftəsi” turniri keçirilib.

Turnir “UNIFIED Sports” (inklüziv birləşmiş idman komandası) proqramına uyğun olaraq üç divizionda təşkil edilib.

Birinci divizionda Xəzər rayonu sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli, ikinci divizionda Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli, üçüncü divizionda isə Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəblərinin komandaları birinci yerə layiq görülüblər.

Xəbər 227 dəfə oxundu.